Suriya Prezidenti bütün ölkələrlə münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu açıqlayıb

Suriya Prezidenti bütün ölkələrlə münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu açıqlayıb backend

Suriya Ərəb Respublikasının Prezidenti Əhməd əş-Şaraa əvvəlki rejimdən fərqli olaraq öz xalqının işinin ədalətli və nəcib olduğunu təsdiqləyib.

"Report" SANA-ya istinadən xəbər verir ki, bunu o, Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Konkordiya sammitində çıxışı zamanı deyib.

Əş-Şara vurğulayıb ki, hazırkı prioritet Suriya xalqını və ərazisini birləşdirərək, iqtisadi inkişafı təşviq etməklə ölkədə təhlükəsizlik və sabitliyin qorunmasıdır.

Suriya lideri bildirib ki, bütün ölkələrlə sabit münasibətlər saxlamaq siyasətinə sadiqdir: "Suriya heç kimə təhlükə mənbəyi deyil. Biz quruculuq mərhələsindəyik və bütün ölkələrlə normal münasibətləri saxlamaq çox vacibdir".

O əlavə edib ki, İsrail dəfələrlə Suriyaya hücum edib, Colan təpələrini işğal etməkdə davam edir və ölkə sərhədlərini pozur.

"Lakin rəsmi Dəməşq müharibədən qaçmağa çalışır, çünki o, hələ quruculuq mərhələsindədir və ölkənin iqtisadi inkişafı rəhbərliyin əsas prioritetidir", - Əhməd əş-Şara əlavə edib.