Tramp sabah Zelenski ilə görüşəcək

Tramp sabah Zelenski ilə görüşəcək backend

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Zelenski ilə Tramp arasında görüş çərşənbə axşamı, sentyabrın 23-də baş tutacaq.

Zelenski ilə yanaşı, Trampın BMT-nin baş katibi, Argentina və Avropa İttifaqı liderləri ilə də görüşü planlaşdırılıb.

QAZİLER.AZ