Şotlandiyada altı yaşlı uşaq xəstəlik səbəbindən qum və evinin divarlarını yeyir.
Qaziler.az bildirir ki, bu barədə “Metro” yazır.
Altı yaşlı Stiven Mörfinin anası Linin dediyinə görə, oğlu divarları dağıdır, açıq qalan məftilləri, çirk və qum yeyir . Valideynləri onu daim nəzarətdə saxlamağa məcburdurlar. Evdə demək olar ki, mebel yoxdur və mətbəxdəki bütün şkaflar qıfıllanıb.
Vəziyyət o qədər gərginləşib ki, uşağın nənəsinin dediyinə görə, ailə müvəqqəti olaraq evlərini tərk etmək məcburiyyətində qalıb. Nənə həmçinin qeyd edib ki, Stivenə davamlı diqqət göstərməyin stressi və yeni ev tapmaq üçün göstərilən səylər onun valideynlərinin münasibətlərinə ciddi təsir edib.
4 il əvəvəl həkimlər uşağa pika diaqnozu qoyublar və ailə də Stivenin həyatı üçün risklərin minimuma endiriləcəyi uyğunlaşdırılmış mənzil tələb edir.
QAZİLER.AZ