Polşadan Rusiya qırıcıları ilə bağlı növbəti İDDİA

Polşadan Rusiya qırıcıları ilə bağlı növbəti İDDİA backend

Polşa Sərhəd Mühafizəsi bildirib ki, Baltik dənizindəki Petrobaltik hasilat platformasının təhlükəsizlik zonası Rusiya qırıcılarının obyektin yaxınlığından uçması ehtimalı səbəbindən pozulub.

Qaziler.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi özünün “X” sosial media səhifəsində yazıb.

“Rusiya Silahlı Qüvvələrinə məxsus iki döyüş təyyarəsi “Petrobaltik” hasilat platforması üzərindən alçaq keçid həyata keçirib”, - məlumatda deyilir.

Məlumatda qeyd olunub ki, Polşa Silahlı Qüvvələri və digər xidmətlər hadisə ilə bağlı məlumatlandırılıb.

QAZİLER.AZ