Fransa altı il əvvəl prezident Emmanuel Makronun təşəbbüsü ilə yaradılmış Universal Milli Xidməti (Service National Universel - SNU) könüllü hərbi xidmət lehinə ləğv edir.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Fransanın Baş naziri Sebastyan Lekornunun hökumətin mətbuat xidməti tərəfindən dərc edilmiş bəyanatında deyilir.
“Üniversal Milli Xidmətə cavabdeh olan ümumi nümayəndə heyəti SNU-nun ləğvi və qarşıdan gələn könüllü hərbi xidmətin yaradılması ilə əlaqədar 2026-cı il yanvarın 1-dən ləğv ediləcək”, - baş nazirin dövlət qulluğunun səmərəliliyinin artırılması tədbirləri ilə bağlı bəyanatında deyilib.
Bununla belə, könüllü hərbi xidmətə qəbulun hansı şərtlərlə aparılacağı və bunun nə ilə nəticələnəcəyi açıqlanmayıb.
QAZİLER.AZ