Estoniya Rusiya qırıcılarının hava məkanını pozduğu iddiası ilə bağlı NATO-nun 4-cü maddəsinə uyğun olaraq məsləhətləşmələr tələb edib.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal özünün sosial şəbəkədəki səhifəsində məlumat verib.
“Estoniya hökuməti 4-cü maddəyə əsasən NATO ilə məsləhətləşmələr tələb etmək qərarına gəlib”, - o yazıb.
Qeyd edək ki, sentyabrın 19-da Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiyanın üç ədəd “MiQ-31” qırıcısı Vaindloo adası istiqamətindən Estoniyanın hava məkanını pozaraq, təxminən 12 dəqiqə orada qalıb. Məlumata görə, təyyarələrin uçuş planı olmayıb, transponderlərinin söndürüldüyü və Estoniya hava dispetçerləri ilə ikitərəfli radio rabitəsinin kəsildiyi bildirilib.
QAZİLER.AZ