"ChatGPT"nin tərtibatçısının ölümünə maraq yenidən artıb

"ChatGPT"nin tərtibatçısının ölümünə maraq yenidən artıb backend

ABŞ-də “ChatGPT” tərtibatçısı Suçir Baladjinin müəmmalı ölümünə maraq jurnalist Taker Karlsonla müsahibədən sonra yenidən canlanıb.

Qaziler.az xəbər verir ki, bu haqda “Birinci Kanal” yazır.

Mənbənin sözlərinə görə, Karlson “OpenAI” şirkətinin baş direktoru Sem Altmanın onun keçmiş əməkdaşının ölümünün hansı şəraitdə baş verdiyini soruşduqda, əsəbi olduğunu qeyd edib.

Karlson bir neçə uyğunsuzluğu müəyyən edib: Baladji mübahisələr fonunda istefa verdi, müəllif hüquqlarının pozulması ilə bağlı işdə “OpenAI”yə qarşı ifadə verməyə hazırlaşırdı və ölümündən dörd gün əvvəl “New York Times” iddiasında şahidlər siyahısına əlavə edilmişdi.

Mənbə qeyd edib ki, proqramçının anası Baladjinin özünü öldürməsi nəzəriyyəsini rədd edərək, vanna otağında onun həyatda qalmaq üçün mübarizə apardığının əlamətlərinə belə işarə edib.

İstintaqı şirkətdə ittihamedici materialların olduğu fləş diskin yoxa çıxması və təhlükəsizlik kameralarının kabellərinin kəsilməsi çətinləşdirir. Qeyd olunur ki, milyarder İlon Mask Baladjinin öldürüldüyünü açıq şəkildə bəyan edib, baxmayaraq ki, onun mövqeyi Altmanla münaqişə səbəbindən qərəzli ola bilər.

QAZİLER.AZ