"O, Hitleri xatırladır" - Kelloq Putinin əsl hərbi məqsədlərini açıqladı

"O, Hitleri xatırladır" - Kelloq Putinin əsl hərbi məqsədlərini açıqladı backend

Rusiya diktatoru Vladimir Putin öz imperiyasını yenidən qurmaq istəyir. Ona görə də Ukraynanı ələ keçirsə, NATO ölkəsinə hücum edə bilər.

Bu barədə RBC-Ukrayna ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqun "The Telegraph"a müsahibəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Putin KQB agentidir, heç vaxt belə olmaqdan əl çəkməyib və Qərbi başa düşmür.

"O, özünü ingilis dilini bilmirmiş kimi göstərir, amma belə deyil və biz onu artıq bir neçə dəfə ifşa etmişik. O, manipulyatordur", - dedi.

Kelloq vurğulayıb ki, Rusiya Ukraynanı işğaı etsə, NATO ölkəsinə hücuma keçəcək, çünki Putin Rusiya imperiyasını dirçəltmək istəyir.

QAZİLER.AZ