Ukrayna Miqrasiya Xidməti əhalinin sayının 28,7 milyon nəfərə qədər azaldığını açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı “Ukrayna Milli Xəbərləri” dərc edib.
2019-cu il dekabrın 1-nə olan siyahıyaalmaya əsasən, ölkə əhalisi 37,3 milyon nəfər olub.
Jurnalistlər Ukrayna Miqrasiya Xidmətinin ölkə daxilində 3,7 milyon nəfərin məcburi köçkün olduğunu müəyyən etdiyini açıqlayıblar.
Nəşr əlavə edib ki, Ukraynada doğum səviyyəsi də son 300 ilin ən aşağı səviyyəsinə düşüb.
QAZİLER.AZ