2025-ci ildə Rusiya qazını alan Avropa ölkələrinin ADLARI

2025-ci ildə Rusiya qazını alan Avropa ölkələrinin  ADLARI backend

Belçika, İspaniya, Hollandiya, Portuqaliya, İtaliya, Litva və Estoniya bu il Rusiyadan mayeləşdirilmiş təbii qaz alıb.

Qaziler.az bildirir ki, RİA “Novosti” “Eurostat”ın məlumatlarına istinadən xəbər verir.

Ümumi alışlar 5,1 milyard avro təşkil edib ki, bu da əvvəlki illə müqayisədə dörddə bir dəfə çoxdur.

Fransa 2,1 milyard avro sərmayə qoyaraq alıcılar arasında birinci yeri tutub. İkinci yerdə 1,3 milyard avro alışla Belçika qərarlaşıb. İspaniya Rusiyanın mayeləşdirilmiş təbii qazına 950 milyon avro xərcləyərək ilk üçlüyü tamamlayıb. Hollandiya da əhəmiyyətli həcmdə qaz (678 milyon avro) satın alıb. İl ərzində alıcılar siyahısına Portuqaliya (73,3 milyon avro), İtaliya (36,3 milyon avro), Litva (1,8 milyon avro) və Estoniya (1,2 milyon avro) qoşulub.

QAZİLER.AZ