PKK terror təşkilatı 150 müəllimin yaşadığı binaya raketlə zərbə endirib. APA TV-nin "Haberler"ə istinadən xəbərinə görə, hadisə Cizrə qəsəbəsinin Alibey məhəlləsində baş verib.
"Müəllim evi"nə edilən raket hücumunda ölən olmayıb Buna səbəb atılan raketin binada dəlik yaratsa da, partlamaması olub.Komendant saatı elan olunan qəsəbədə ötən gecə polislə terrorçular arasında atışmalar davam edib. Döyüşlərdə 18 yaşlı Hacı Doğan həyatını itirib. Üç yaralının olduğu qeyd olunur.
Qəsəbəyə giriş nəzarətlə həyata keçirilir. Ticarətçilər mağazaları bağlayıb.