Latviya Milli Silahlı Qüvvələri ölkənin qərbindəki çimərlikdə Rusiyaya məxsus “Qerbera” hücum PUA-sının hissələrini aşkarlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Delfi” portalı müdafiə naziri Andris Sprudsa istinadən məlumat yayıb.
“Ventspils səmtindəki Varve çimərliyində tapılan pilotsuz təyyarənin fraqmentləri Rusiyaya məxsus “Qerbera” dronunun quyruq hissəsidir”, - nəşr qeyd edib.
Latviya Milli Silahlı Qüvvələrinin mütəxəssisləri hərbçilərin Daxili İşlər Nazirliy ilə əməkdaşlığı davam etdirdiyini qeyd edərək obyektin partlayıcı olmadığını təsdiqləyiblər.
“Delfi”nin sözlərinə görə, Baş nazir Evika Siliņya müdafiə və daxili işlər nazirlərinə bu pilotsuz uçan aparatın Polşada aşkar edilənlə eyni olub-olmadığını müəyyən etmək üçün Polşadakı həmkarları ilə əlaqə saxlamağı tapşırıb.
QAZİLER.AZ