2017-ci ilə qədər “Samsung” şirkətinin istehsal etdiyi televizorlar və mobil avadanlıqların 90 faizi əşyaların interneti əlavəsini dəstəkləyəcək. 2020-ci ilə qədər isə şirkətin bütün məhsulları bu sistemlə dəstəklənəcək.
İKT.lent.az-ın “Digitimes” nəşrinə istinadən xəbərinə görə, bunu “Samsung” şirkətinin rəhbəri Qari Vu (Gary Wu) bildirib.
Q.Vu “Gartner” araşdırmalar mərkəzinin son tədqiqatına istinadən xatırladıb ki, 2016-cı ildə bazarda əşyaların interneti konsepsiyasını dəstəkləyən 6,4 milyard ədəd avadanlıq mövcud olacaq ki, bu da bu ilki rəqəmdən 30 faiz çoxdur. 2020-ci ildə isə əşyaların internetinə 20,8 milyard avadanlıq qoşulacaq.
Q.Vunun hesablamalarına görə, əşyaların interneti bazarında Tayvan bazarının payı 1 faiz olacaq. Məbləğ baxımından bu rəqəm nə az, nə çox - 2,35 milyard dollar təşkil edəcək.
2017-ci ilə qədər “Samsung” avadanlıqlarının 90 faizi əşyaların interneti əlavəsini dəstəkləyəcək.