İsveçrənin Ticino əyaləti müsəlman qadınlarının dövlət idarələri və digər ictimai yerlərdə baş örtüyündən istifadə etməsinə qadağa tətbiq edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, sözügedən qadağaya məhəl qoymayanları 6500 funt məbləğində cərimə olunacaq.
Bəzi nüfuzlu təşkilatlar baş örtüyünə qoyulan qadağanın insan hüquqlarına zidd olduğunu bəyan edib. Məhdudiyyətin ölkədəki 40 min müsəlman qadını əhatə edəcəyi bildirilir. Qeyd edək ki, daha öncə Belçika və Hollandiya hökumətləri də müsəlman qadınlarına baş örtüyündən istifadəni qadağan etmişdi.