Braziliyanın keçmiş prezidentində xərçəng aşkarlanıb

Braziliyanın keçmiş prezidentində xərçəng aşkarlanıb backend

Braziliyanın keçmiş prezidenti Bolsonaroda dəri xərçəngi aşkarlanıb.

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaroya erkən mərhələdə dəri xərçəngi diaqnozu qoyulub.

Qaziler.az bildirir ki, bu barədə  “Reuters” məlumat yayıb.

Braziliyanın DF Star Xəstəxanası, Jair Bolsonaronun qusma, başgicəllənmə və aşağı qan təzyiqi səbəbiylə bir gün əvvəl qəbul edildiyi xəstəxananı tərk etdiyini bildirdi.

Xəstəxana onun vəziyyətinin yaxşılaşdığını, lakin əlavə müşahidənin lazım olduğunu vurğulayıb. Testlər həmçinin keçmiş prezidentin səhhətinin mütəmadi monitorinqini tələb edəcək skuamöz hüceyrəli dəri xərçəngini də aşkarlayıb.

QAZİLER.AZ