Tramp az qala təyyarə qəzasına düşəcəkdi

Tramp az qala təyyarə qəzasına düşəcəkdi backend

Trampın “Boeing”i Nyu-York səmasında az qala sərnişin təyyarəsi ilə toqquşacaqmış.

ABŞ prezidenti Donald Trampı Böyük Britaniyaya aparan “Boeing 747” və “Spirit Airlines” sərnişin təyyarəsi Nyu-York səmasında az qala toqquşacaqmış.

Qaziler.az bildirir ki, bu barədə Britaniyanın “Mirror” nəşri xəbər verir.

Nəşrin məlumatına görə, aviadispetçerlər dərhal ikinci təyyarənin pilotlarına kursu dəyişməyi əmr edibblər. 

"Nəhəng "Boeing 747" Nyu-York şəhəri üzərində uçarkən "Spirit Airlines" təyyarəsinin oxşar marşrutla uçduğu görülüb. Aviadispetçerlər cəld sərnişin təyyarəsinin pilotlarına kurslarını dərhal dəyişdirməyi tövsiyə ediblər", - məlumatda deyilir.

Nəşr qeyd edir ki, ərazidəki bütün təyyarələr bir-birindən əhəmiyyətli məsafə saxlayıb. Bununla belə, Fort Lauderdale-dən Bostona uçan "Spirit Flight 1300", dispetçer pilota “diqqət yetirin” və “iPad-i söndürün” iradını bildirdikdən kursu qəfil dəyişib.

QAZİLER.AZ