ABŞ-ın Virciniya ştatında sərnişin avtobusu aşıb. APA TV-nin "ABC News"a istinadən xəbərinə görə, hadisə zamanı avtobusda ümumilikdə 50 sərnişin olub. Onlardan 33-ü xəstəxanaya yerləşdirilib. Həkimlər yaralılardan yalnız birinin vəziyyətinin ağır olduğunu bildirir.
Qeyd edək ki, sərnişinlərin hamısı Virciniya universitetlərinin tələbələridir. Ştat polisinin məlumatına görə, qəzaya uğrayan avtobus tələbələri istirahət düşərgəsindən universitet yataqxanasına gətirirmiş.