Tramp Ukrayna münaqişəsi ilə bağlı Modi ilə telefon danışığını “gözəl” adlandırıb
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Hindistanın baş naziri Narendra Modi ilə “gözəl söhbət” etdiyini, Rusiya ilə Ukrayna arasında münaqişənin həllində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
"Onu ad günü münasibətilə təbrik etdim. O, inanılmaz iş görür. Rusiya ilə Ukrayna arasında münaqişənin həllində göstərdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm", - Tramp yazıb.
QAZİLER.AZ