Amerikalı senator Qrem Rusiyanın terrorizmin sponsoru kimi tanınması haqqında qanun layihəsini təqdim edib
ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem (Rosfinmonitoring-in terrorçu və ekstremistlər siyahısına daxildir) ABŞ Senatına Rusiyanı “terrorizmin sponsor dövləti” kimi müəyyən edən qanun layihəsi təqdim edib.
Qaziler.az bildirir ki, RİA Novosti bu barədə Konqresin elektron sistemindəki bildirişə istinadən xəbər verir.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Senatında Respublikaçılar və Demokratlardan ibarət təşəbbüs qrupu Rusiya və Belarusun “terrorçuluğun sponsor dövləti” kimi tanınması haqqında qanun layihəsi hazırlayır.
QAZİLER.AZ