Parisin Respublika meydanında qarşıdurma ilə nəticələnən etiraz aksiyaları nəticəsində 317 nəfər həbs olunub. Bu barədə AzVision.az “İTAR-TASS”-a istinadən xəbər verir. “Nümayiş zamanı asayişin təmin olunması məqsədilə 317 nəfər saxlanılıb və onlar müvəqqəti olaraq həb olunub”, - deyə Paris rayon prefekturasının bəyanatında bildirilir.
Məsələyə Fransa DİN rəhbəri Bernar Kaznev münasibət bildirib: “Ətraf mühit tərəfdarlarının keçirdiyi nümayişin sonunda ekstremistlər polislərə daş, plastik qablar və hətta noyabrın 13-ü terror aktları nəticəsində ölənlərin xatirəsinə qoyulan şamlarla dolu qabları atmağa başlayıblar. Bu cür hərəkətlər terror qurbanlarına qarşı hötmətsizlikdir və qəti şəkildə pislənməlidir”.Xatırladaq ki, BMT-noyabrın 30-dan dekabrın 11-dək Parisdə iqlim dəyişikliyi ilə bağlı xüsusi konfrans keçirəcək. Tədbirə dünyanın əksər ölkələrinin prezidenti qatılacaq. Konfransa Azərbaycan prezidenti İlham Əliyevin də qatılacağı da gözlənilir.