BMT-nin baş katibi Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlı məyusedici proqnoz verib

BMT-nin baş katibi Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlı məyusedici proqnoz verib backend

BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin həlli çətin ki, qısa müddətdə baş tutsun.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Quterreş mətbuat konfransında bildirib.

"Ukraynada qısamüddətli sülh prosesi ilə bağlı nikbin deyiləm. Mövqeyimiz çox aydındır - bizə dərhal atəşkəs lazımdır, lakin bu, BMT Nizamnaməsi, beynəlxalq hüquq və Baş Assambleyanın qətnamələri çərçivəsində baş tutmalıdır", - Quterreş qeyd edib.

O xatırladıb ki, Rusiya atəşkəs ideyasına qəti şəkildə qarşıdır və “nail olmaq olduqca çətin olan” qlobal razılaşmanın zəruriliyində israr edir.

QAZİLER.AZ