İsrail Yəmənin Hüdeyda limanına 10-dan çox hava zərbəsi endirib - YENİLƏNİB

İsrail Yəmənin Hüdeyda limanına 10-dan çox hava zərbəsi endirib - YENİLƏNİB backend

Yəməndəki husilərə aid hərbi obyektlərə zərbələr endirilir.

Apa xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Yəmənin Hüdeyda limanında husilərə məxsus hərbi infrastruktur obyektinə zərbə endirib.

Qeyd edilib ki, “Hüdeyda limanı husilər tərəfindən İran rejimi tərəfindən təmin edilən silahların ötürülməsi, İsrail dövlətinə və onun müttəfiqlərinə qarşı hücumlar həyata keçirmək üçün istifadə olunur”.

Diqqətə çatdırılıb ki, hücum husilərin İsrail dövlətinə dəfələrlə hücumlarına, o cümlədən İsrail Dövləti istiqamətində pilotsuz uçuş aparatlarının və "yer-yer" sinifli raketlərin atılmasına cavab olaraq edilib.

“Husi terror rejimi İsrail dövlətinə və müttəfiqlərinə zərər vermək üçün İran rejiminin rəhbərliyi və maliyyəsi altında fəaliyyət göstərir. Terror rejimi güc nümayiş etdirmək və dünya dəniz və ticarət yollarına qarşı terror fəaliyyətlərini həyata keçirmək üçün dəniz məkanından istifadə edir. İsrail Müdafiə Qüvvələri husi terror rejiminin İsrail Dövlətinə qarşı təkrar hücumlarına qətiyyətlə qarşı çıxmağa davam edəcək”, - məlumatda deyilir.

***

17:19

İsrail Yəmənə hava zərbələri endirir.

APA “Al Masirah” kanalına istinadən xəbər verir ki, İsrail qırıcıları hazırda Yəmənin Hüdeyda şəhərinə hücum edir.

İsrailin Hüdeyda limanın 12 hava zərbəsi endirdiyi bildirilir.

Qeyd edək ki, bir neçə saat əvvəl İsrail ordusu Yəmənə hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib.