Zelenski və Putin bir-birinə nifrət edir - Tramp

Zelenski və Putin bir-birinə nifrət edir - Tramp backend

ABŞ prezidenti Donald Tramp deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəyə son qoymaq üçün razılığa gəlməli olacaq.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərlə söhbəti zamanı bildirib.

Trampdan Zelenski ilə sentyabrın 22-dən 30-dək BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin keçiriləcəyi Nyu- Yorkda görüşəcəyi təqdirdə ona nə deyəcəyini soruşublar.

“O, hərəkət etməli və razılaşmalı olacaq. O, razılaşmağa məcbur olacaq. Zelenski sövdələşməyə getməli olacaq. Avropa isə Rusiyadan neft almağı dayandırmalıdır”, - Tramp bildirib.

O, həmçinin əlavə edib ki, Zelenski və Vladimir Putin bir-birinə nifrət edirlər.

"Və belə görünür ki, mən onlarla eyni otaqda oturmaq məcburiyyətində qalacağam, çünki onlar bir otaqda otura bilməzlər. Orada böyük nifrət var", - Amerika lideri bildirib.

QAZİLER.AZ