Taylandda yüzlərlə meymun şəhərə basqın edib

Taylandda yüzlərlə meymun şəhərə basqın edib backend

Taylandda yüzlərlə meymun heyvanat sığınacağından qaçaraq şəhərdə xaos yaradıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Thaiger” məlumat yayıb.

Lop Buri əyalətinin Muanq şəhərində heyvanat sığınacaqdan yüzdən çox meymun qaçıb. Primatların sürüsü küçələrdə dolaşıb, evlərə soxulub və hətta polis bölməsinə də basqın ediblər.

Yaxınlıqda növbətçilik edən polislər fişənglərdən istifadə etməklə meymunları geri qaytarmağa çalışıb. Onların bəzi hələ də qaçaraq şəhərdə qalıb.  

Hazırda səlahiyyətlilər meymunlar sığınacaqdan necə qaçdıqlarını araşdırır. İşçilər hadisənin gələcəkdə təkrarlanmaması üçün zədələnmiş yerləri təmir etməyə və potensial qaçış yollarını möhürləməyə başlayıblar.

QAZİLER.AZ