Soros Fondu Rusiyada arzuolunmaz təşkilat elan edildi

Soros Fondu Rusiyada arzuolunmaz təşkilat elan edildi backend

Rusiya Baş Prokurorluğu Corc Soros tərəfindən yaradılmış fondları arzuedilməz təşkilatlar siyahısına daxil edib. APA-nın “Interfax”a istinadən verdiyi məlumata görə, Açıq Cəmiyyət İnstitutu (Open Society Foundations) və “Yardım” təşkilatı (OSI Assistance Foundation) ilə bağlı qərar Rusiya Federal Məclisi Federasiya Şurasının müraciəti əsasında qəbul edilib.

“Federasiya Şurası Baş Prokurorluğa, Xarici İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə təşkilatla bağlı araşdırma aparmaq barədə müraciət edib. Təşkilatın işi Rusiyanın konstitusional quruluşuna və ölkənin təhlükəsizliyinə təhdid təşkil edir”, - deyə Baş Prokurorluğun nümayəndəsi Marina Qridneva açıqlayıb.

Qərar Ədliyyə Nazirliyinə göndərilib.
Diaspora