Hindistan qırmızı xətləri keçib - "The Times"

Hindistan qırmızı xətləri keçib - "The Times" backend

Hindistan “Qərb-2025” Rusiya-Belarus strateji təlimlərində iştirak etmək üçün ən qədim elit Kumaon alayının üzvləri də daxil olmaqla 65 əsgər göndərib və bununla da “qırmızı xətləri keçib”.

Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti yazır.

Nəşrə müsahibə verən analitiklər bunu “narahatedici siqnal” və “dəhşətli perspektiv” adlandırıblar.

Məqalədə deyilir: “Bu Nyu Dehlinin Moskva ilə münasibətlərinə üstünlük verdiyini və Hindistanın baş naziri Narendra Modinin ABŞ prezidenti Donald Trampla münasibətlərinin qeyri-müəyyənliyini nəzərə alaraq, buna daha çox meylli olduğunu nümayiş etdirir”.

QAZİLER.AZ