İslam ölkələri İsrailin BMT-dən çıxarılmasını tələb edir

İslam ölkələri İsrailin BMT-dən çıxarılmasını  tələb edir backend

İslam Əməkdaşlıq Təşkilatı  və Ərəb Dövlətləri Liqası liderləri İsrailin BMT-dəki üzvlüyünü dayandırmaq üçün koordinasiyalı səylər göstərməyə çağırış ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Dohada Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının liderləri Təl-Əvivin planlarına qarşı durmağın zəruriliyini bir daha təsdiqləyiblər.

“İsrailin regionda yeni status-kvonun tətbiqi planlarına qarşı durmaq zərurəti bir daha təsdiqlənir, çünki onlar regional və beynəlxalq sabitlik və təhlükəsizliyə birbaşa təhdid yaradır”, - bəyanatda deyilir.

QAZİLER.AZ