Puqaçova neçə ildən sonra ilk dəfə oxuyub

Puqaçova neçə ildən sonra ilk dəfə oxuyub backend

Rusiyalı müğənni Alla Puqaçova uzun illərdən sonra ilk dəfə “YouTube”da Yekaterina Qordeevaya (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi qəbul edilib) müsahibəsində səsini nümayiş etdirib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, həyatı, mühacirəti və karyerasından danışan müğənni istirahət edənlərin xahişi ilə Yurmala çimərliyində “Oy, moroz, moroz” mahnısını ifa edib, 2009-cu ildə qastrol fəaliyyətini başa vursa da, hələ də oxumaq istədiyini nümayiş etdirib.

“Yenidən oxumaq istəyirəm, heç olmasa pıçıltı ilə, boğuq səslə. Bəzi ideyalarım var. Oxuyum, amma məni heç kim tanımasın”, - Puqaçova deyib.

QAZİLER.AZ