Kamçatka sahillərində zəlzələ baş verib

Kamçatka sahillərində zəlzələ baş verib backend

Kamçatka sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka bölməsinin mətbuat xidməti məlumat yayıb.

"Petropavlovsk-Kamçatskidən məsafə: 157, dərinlik: 25,4 km., maqnituda 5,9", - məlumatda deyilir.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, coğrafiyaşünas Arkadi Tişkovun izahına görə, Kamçatka yarımadasının sahillərində baş verən seysmik hadisələr əvvəlki böyük zəlzələdən sonra kontinental hissədə yerdəyişmə, dərinliklərdə dəyişiklik Kuril adalarında və Saxalin yaxınlığında baş verən sunamilərdən sonra baş verən təkanlar ilə əlaqələndirilir.

QAZİLER.AZ