Avropa Parlamentinin deputatının avtomobilinə atəş açılıb

Avropa Parlamentinin deputatının avtomobilinə atəş açılıb backend

Brüsseldə naməlum şəxslər Avropa Parlamentinin Polşadan olan deputatı Valdemar Budanın avtomobilinə atəş açıblar.

Qaziler.az xəbər verir ki, siyasətçi bu barədə sosial şəbəkədə məlumat yayıb.

Güllə izləri yalnız bir avtomobildə aşkar edilib, Belçika hüquq-mühafizə orqanları araşdırma aparır.

“Doqquz dəqiq atəşin açıldığı hücum zamanı mən avtomobildə deyildim”, - avropalı parlamentari qeyd edib.

QAZİLER.AZ