Amerikalı hərbçilər "Qərb-2025" təlimlərini müşahidə ediblər - VİDEO

Amerikalı hərbçilər "Qərb-2025" təlimlərini müşahidə ediblər - VİDEO backend

Amerikalı hərbçilər “Zapad-2025” Rusiya-Belarus hərbi təlimlərini izləyiblər.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə sentyabrın 15-də Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“Amerika hərbi attaşesi Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninə “Zapad-2025” təlimini müşahidə etmək dəvətinə görə təşəkkür edib”, - deyə idarənin Teleqram kanalında bildirilib.

Onlar əlavə ediblər ki, beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisinə təlimlərdə amerikalı qonaqları ən yaxşı yerlərlə təmin etmək və onları maraqlandıran hər şeyi nümayiş etdirmək tapşırılıb. Bundan əlavə, təlimlərdə 23 dövlətin nümayəndələri o cümlədən üç NATO ölkəsi - ABŞ, Türkiyə və Macarıstan da iştirak edib.

QAZİLER.AZ