Putin və Tramp Malayziyadakı sammitdə iştirak edəcək - KİV

Putin və Tramp Malayziyadakı sammitdə iştirak edəcək -  KİV backend

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp, eləcə də Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Tsyan oktyabrda Kuala-Lumpurda keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN – Association of Southeast Asian Nations) 47-ci sammitində iştirak edəcəklər.

Qaziler.az xəbər verir ki, bu barədə TASS “Bernama” agentliyinə istinadən məlumat yayıb.

Siyasətçilərin iştirakını Malayziyanın baş naziri Ənvər İbrahim təsdiqləyib. Onun sözlərinə görə, ölkəyə Braziliya prezidenti Lula da Silva və Cənubi Afrika Respublikasından olan həmkarı Siril Ramafosa da gələcək.

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) 1967-ci ildən mövcuddur və regionun 10 ölkəsini birləşdirir: Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippin. Təşkilatın məqsədləri iqtisadi artımı sürətləndirmək, mədəniyyət sahəsində əməkdaşlıq qurmaq və sosial tərəqqiyə nail olmaqdır. Bu ilin əvvəlindən Malayziya ASEAN-a sədrlik edir.

QAZİLER.AZ