Çarli Kirkin qatili müstəntiqlərə ifadə verməkdən imtina edib

Çarli Kirkin qatili müstəntiqlərə ifadə verməkdən imtina edib backend

Amerikalı fəal Çarli Kirkin qatili olduğu iddia edilən Tayler Robinson müstəntiqlərlə danışmaqdan imtina edib.

Qaziler.az xəbər verir ki, bu haqda CNN məlumat yayıb.

CNN-nin mənbəsi bildirib ki, 22 yaşlı gənc əvvəlcə polislə danışıb, lakin vəkilinin ziyarətindən sonra davranışını dəyişib.

Qeyd edək ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk sentyabrın 11-də sui-qəsd nəticəsində qətlə yetirilib və onun qatilinin 22 yaşlı Tayler Robinson olduğu müəyyən olunub.

QAZİLER.AZ