Britaniyalı jurnalist Qərbin reaksiyasını gülünc adlandırdı

Britaniyalı jurnalist Qərbin reaksiyasını gülünc adlandırdı backend

Britaniyalı jurnalist Uorren Tornton Qərbin Polşa səmasında baş verən dron insidentinə reaksiyasını gülünc adlandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Jurnalist yazır: "Bütün Avropa İttifaqının isterik qışqırıqları nahardan əvvəl onlara şokolad verilmədiyi üçün huşunu itirmiş uşaqların qışqırtısına bənzəyir. Allah bilir, hər hansı rusiyalı nə vaxtsa sərhədə çubuqla yaxınlaşarsa, gərginlik nə qədər ağır olacaq".

Onun sözlərinə görə, Rusiya avropalıların təxribatlarına baxmayaraq, üçüncü ölkələrin Ukrayna münaqişəsinə cəlb edilməməsi üçün əlindən gələni edib.

QAZİLER.AZ