Rubio Qəzzada HƏMAS girovlarının ailələri ilə görüşüb

Rubio Qəzzada HƏMAS girovlarının ailələri ilə görüşüb backend

ABŞ dövlət katibi Marko Rubio sentyabrın 12-də Qəzza zolağında HƏMAS tərəfindən girov götürülənlərin ailələri ilə görüşüb.

Qaziler.az bildirir ki, bu barədə “Axios” Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu görüş Rubionun Qətərin baş naziri ilə planlaşdırılan danışıqlarından və sentyabrın 13-də İsrailə planlaşdırılan səfərindən əvvəl olub.

Görüşün digər təfərrüatları hələlik açıqlanmır.

QAZİLER.AZ