Niderland İsrailə görə "Eurovision 2026"nı boykot edə bilər

Niderland İsrailə görə "Eurovision 2026"nı  boykot edə bilər backend

Hollandiyanın AVROTROS yayım şirkəti İsrailin iştirak edəcəyi təqdirdə “Eurovision 2026” mahnı müsabiqəsini boykot edə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə media holdinqin mətbuat xidməti məlumat yayıb. Qərar Qəzza zolağında davam edən humanitar böhran və mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı narahatlıqlarla əlaqədardır.

“Qəzza zolağında davam edən və ağır insan iztirablarını nəzərə alaraq, AVROTROS artıq İsrailin hazırkı vəziyyətdə iştirakına haqq qazandıra bilməz”, - bəyanatda deyilir.

Yayımçının nümayəndələri həmçinin İsrail hökumətinin “Eurovision 2025”in təşkilinə müdaxiləsindən narahat olduqlarını bildiriblər. Xüsusi tənqidə səbəb müsabiqədən siyasi alət kimi istifadə edilməsi olub. Hollandiya tərəfinin fikrincə, bu, musiqi yarışmasının ruhuna ziddir. Şirkət Avropa Yayım Birliyini İsrailin təşkilata üzvlük məsələsinə yenidən baxmağa çağırıb.

QAZİLER.AZ