Rusiya türkiyəli futbolçulara da qadağa qoydu

Rusiya türkiyəli futbolçulara da qadağa qoydu backend

Bundan sonra türkiyəli futbolçular Rusiya çempionatında çıxış etməyəcək. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya idman naziri Vitaliy Mutko çıxış edib.

Rusiya Futbol Federasiyasının da rəhbəri olan nazir deyib ki, türkiyəli futbolçular bundan sonra Rusiya çempionatında oynaya bilməz. Yalnız bu qərar "Rubin" klubunun futbolçusu Gökdəniz Qaradənizə aid deyil: “Gökdəniz Karadenizə rus deyə bilərik. Çox yaxşı insandır. Hamı onun kimi olsaydı, hər şey yolunda olardı”.

Nazir onu da əlavə edib ki, Rusiya klubları növbəti mövsüm üçün transfer etmək istədiyi Türk futbolçulardan gözlərini çəksinlər.
Diaspora