Polyaklar dronların məhv edilməsini öyrənmək üçün Ukraynaya gedirlər

Polyaklar dronların məhv edilməsini öyrənmək üçün Ukraynaya gedirlər backend

Ukrayna hərbçiləri Polşa əsgərlərinə pilotsuz təyyarələri vurmağı öyrədəcək.

Qaziler.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.

Təlim Ukrayna ərazisində baş tutacaq. Tuskun sözlərinə görə, hazırda tərəflər texniki məsələləri müzakirə edirlər; Polşanın müdafiə və xarici işlər nazirləri Vladislav Kosinyak-Kamış və Radoslav Sikorski təlimin təşkili üçün Kiyevə gələcəklər.

"Hazırda peşəkarlar, o cümlədən hərbi qulluqçular Polşanın Ukrayna təcrübəsini necə mənimsəməsi barədə öz aralarında danışırlar", - baş nazir bildirib.

QAZİLER.AZ