Yəmənin Ənsar Allah hərəkatının husiləri Negev səhrasındakı hərbi hədəfə və İsrailin cənubundakı Ramon hava limanına zərbələr endirib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə sentyabrın 11-də üsyançı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, ilk hücum “Fələstin-2” hipersəs ballistik raketindən istifadə edilməklə həyata keçirilib və Negev bölgəsindəki hərbi hədəfə yönəlib. İkinci əməliyyat Ramon hava limanında iki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirilib.
Husi nümayəndəsi qeyd edib ki, əməliyyatlar nəzərdə tutulan məqsədə nail olub.
QAZİLER.AZ