Tanınmış aparıcı canlı efirdə ağladı

Tanınmış aparıcı canlı efirdə ağladı backend

Məşhur britaniyalı jurnalist və Talk TV-nin aparıcısı Mayk Qrem canlı efirdə amerikalı siyasi fəal Çarli Kirkin ABŞ-da qətlə yetirilməsindən danışarkən ağlayıb.

Qaziler.az bildirir ki, bu barədə “The Express” məlumat yayıb.

Qrem Kirkin qətliamını dəhşətli hadisə adlandırıb. O qeyd edib ki, fəalın cəmi 31 yaşı olub və ailəsi var.

"Bu gün o günlərdən biridir ki, oyanırsan və düşünürsən: "Dünyamızda nə baş verir? Niyə insanlar bir-biri ilə normal davrana bilmirlər? Allah xatirinə bir-birini güllələməyə?”, - aparıcı göz yaşlarını saxlaya bilməyərək əlavə edib.

QAZİLER.AZ