Vurulmuş Rusiya təyyarəsinin pilotunun cənazəsi Türkiyəyə gətirildi

Vurulmuş Rusiya təyyarəsinin pilotunun cənazəsi Türkiyəyə gətirildi backend

Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmuş Rusiya təyyarəsinin pilotunun cənazəsi Suriyadan Türkiyəyə gətirilib. APA TV-nin “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Rusiyanın Ankaradakı səfirliyinin press-attaşesi İqor Mityakov isə pilot Oleq Peşkovun cənazəsinin noyabrın 29-da rusiyalı diplomatlara veriləcəyini açıqlayıb.

Qeyd edək ki, polkovnik-leytenant O.Peşkov təyyarə vurulandan sonra katapult edib və paraşütlə yerə düşərkən suriyalı döyüşçülər tərəfindən öldürülüb. Digər ekipaj üzvü kapitan Konstantin Muraxtin isə sağ tapılaraq xəsarətlərlə hospitala çatdırılıb.

Bundan başqa, ekipaj üzvlərinin tapılması üçün keçirilən axtarış-xilasetmə əməliyyatı zamanı matros Aleksandr Pozıniç həlak olub. Onun da içərisində olduğu vertolyot atəş altına düşüb.

Qeyd edək ki, noyabrın 24-də Rusiyaya məxsus "Su-24" bombardmançı təyyarəsi Suriya istiqamətindən Türkiyə sərhədini pozub. Türkiyə Silahlı Qüvvələrinin xəbərdarlığına məhəl qoymayan "Su-24" Türkiyənin iki "F-16" təyyarəsi tərəfindən vurulub.

Bu hadisə iki ölkə arasında qalmaqala səbəb olub.

Diaspora