İtaliya səfiri Piccioni Rusiyadakı diplomatik missiyasının başa çatdığını elan edib

İtaliya səfiri Piccioni Rusiyadakı diplomatik missiyasının başa çatdığını elan edib backend

İtaliyanın Rusiyadakı səfiri Sesiliya Piççioni Moskvadakı diplomatik missiyasını başa vurur.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 11-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Sentyabrın 11-də Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko İtaliya Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Sesiliya Piççionini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar protokol səfəri ilə qəbul edib”, - deyə internet saytında bildirilir.

Qeyd olunur ki, səfir bu vəzifəni 2024-cü ilin iyul ayından tutub.

QAZİLER.AZ