Nepalda nazirlər helikopterlərdən endirilən kəndirlərlə təxliyə edildilər - VİDEO

Nepalda nazirlər helikopterlərdən endirilən kəndirlərlə təxliyə edildilər - VİDEO backend

Nepalda hökumət rəsmiləri və siyasətçilər ailə üzvləri ilə birlikdə hərbi helikopterlərdən endirilmiş kəndirlərdən yapışaraq təxliyə ediliblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb.

Nəşr iğtişaş günlərində çəkilmiş videogörüntüləri paylaşıb. Görüntülərdə bir neçə nəfərin havaya qalxmaq üzrə olan hərbi helikopterin kabinəsinə girmək üçün kəndirlərdən tutaraq həyatını riskə atdığı görünür. Təxliyəni minlərlə etirazçı izləyib və qışqıraraq narazılığını ifadə edib.

Nəşr videoda hansı nazirlərin və siyasətçilərin olduğunu dəqiqləşdirmir.