Fransada sosial şəbəkələr 15 yaşadək uşaqlara qadağan edilə bilər

Fransada sosial şəbəkələr 15 yaşadək uşaqlara  qadağan edilə bilər backend

Fransa parlamentinin müvafiq komissiyası qənaətə gəlib ki, 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmalıdır.

Qaziler.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti deputatların hesabatına istinadən məlumat yayıb.

“TikTok” sosial şəbəkəsinin psixoloji təsirini araşdırmaq üçün mart ayında yaradılan komissiya hökumətə AB səviyyəsində, bu mümkün deyilsə, Fransa səviyyəsində 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə qadağa qoymağı tövsiyə edən hesabat təqdim edib.

Qəzet yazır ki, bu tədbirlər sosial şəbəkələrdə özünə zərər vuran materialların, habelə ekstremist məzmunlu materialların yayılması fonunda uşaqların təhlükəsizliyi üçün zəruridir.

Fransa parlamentinin üzvü Laura Miller məruzəsində qeyd edib ki, Fransa 2026-cı ildən etibarən istifadəçilərin yaşını yoxlamağa imkan verəcək yeni Aİ proqram təminatının sınaqdan keçirilməsinə başlamaq niyyətindədir.

QAZİLER.AZ