Zaxarova Çarli Kirkin öldürülməsi hadisəsinə reaksiya verib

Zaxarova Çarli Kirkin öldürülməsi hadisəsinə reaksiya verib backend

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə amerikalı fəal Çarli Kirklə bağlı insidentdən danışıb. O, qeyd edib ki, araşdırma aparılmalı və cinayətkar tapılmalıdır.

Qaziler.az bildirir ki, bu barədə RİA “Novosti” yazıb.

"İstintaq aparılmalı, cinayətkarın özü və bu dəhşətli cinayətdə əli olanlar tapılmalıdır", - Zaxarova jurnalistlərə deyib.

O əlavə edib ki, hazırda bunu kimin etdiyi barədə heç bir anlayış yoxdur, ona görə də hər hansı bir nəticə çıxarmaq tezdir.

Çarli Kirk sentyabrın 10-da Yuta Universitetində çıxışı zamanı boyun nahiyəsindən güllə yarası alıb. Mühafizəkar fəal ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

QAZİLER.AZ