Bütün Kuba işıqsız qaldı

Bütün Kuba işıqsız qaldı backend

Kubada artıq bərpasına başlanılan Milli Elektrik Sistemində elektrik enerjisi tam kəsilib.

Qaziler.az xəbər verir ki, bu barədə respublikanın Energetika və Mədən Sənayesi Nazirliyi “Facebook”da məlumat yayıb.

Qəzanın ilkin səbəbinin Matansas şəhərindəki “CTE Guiteras” istilik elektrik stansiyasında baş vermiş qəza olduğu bildirilir. Kritik obyektləri təmin etmək üçün müvəqqəti mikroenerji sistemləri yaradılıb.

Bu, Kubada son bir ildə dördüncü elektrik kəsilməsidir. Adadakı enerji böhranı köhnəlmiş infrastruktur, yanacaq çatışmazlığı və 1960-cı ildən bəri tətbiq olunan ABŞ sanksiyaları ilə daha da ağırlaşıb.

QAZİLER.AZ