İsveç təcili olaraq Polşaya hərbi təyyarə göndərib

İsveç təcili olaraq Polşaya hərbi təyyarə göndərib backend

İsveç hakimiyyəti təcili olaraq Polşaya əlavə hava hücumundan müdafiə sistemləri və təyyarələr vermək qərarına gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Xəbərdə bu haqda Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın açıqlama verdiyi bildirilib.

"Mən indicə İsveçin müdafiə nazirindən Polşaya təcili olaraq əlavə yardım, o cümlədən hava hücumundan müdafiə sistemləri və təyyarələr göndərilməsi barədə məlumat aldım", - nazir deyib.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Rusiya qoşunlarının Ukraynada fəallığı fonunda Polşa öz hərbi hava qüvvələrini havaya qaldırıb. Səhər Polşanın Baş naziri Donald Tusk açıqlamasında Polşa hərbçilərinin ölkənin hava məkanını pozan obyektlərə qarşı silahdan istifadə etdiklərini bildirib.

QAZİLER.AZ