Siyarto Ukraynanın müharibədə qalib gələ bilməyəcəyini bildirdi

Siyarto Ukraynanın müharibədə qalib gələ bilməyəcəyini bildirdi backend

Macarıstan hesab edir ki, Ukrayna müharibə meydanında qalib gələ bilməz və münaqişəyə son qoymağın ən yaxşı yolu danışıqlardır.

Qaziler.az xəbər verir ki, bunu Belarus telekanalına müsahibəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Macarıstan diplomatiyasının rəhbəri vurğulayıb ki, münaqişənin hər günü ukraynalılara qurbanlar bahasına başa gəlir və dağıntıları artırır. O, gərginliyin daha da artmaması və qarşısının alınması üçün yeganə yolu sülh danışıqlarının dərhal başlamasında görüb.

“Hər bir səhv addım üçüncü dünya müharibəsi ehtimalıdır və biz bunu istəmirik”, - Siyarto xəbərdarlıq edib.

Macarıstan xarici işlər naziri həmçinin vurğulayıb ki, Ukrayna qüvvələrinin “Drujba” neft kəmərinə hücumları Rusiyanın deyil, Macarıstan və Slovakiyanın enerji təhlükəsizliyinə ziyan vurur.

QAZİLER.AZ