Ukraynada İLK: məhkəmə məmurun eynicinsli nikahını təsdiqlədi

Ukraynada İLK: məhkəmə məmurun eynicinsli nikahını təsdiqlədi backend

Kiyev Apellyasiya Məhkəməsi Desnyanski Məhkəməsinin Ukraynada eynicinsli nikahın ilk dəfə tanınması ilə bağlı qərarını qüvvədə saxlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN xəbər agentliyi məlumat yayıb.

Məhkəmənin qərarı şahidlərin sorğusu, fotoşəkillər və 2013-cü ildən birlikdə yaşayan kişilərin birgə həyatı ilə bağlı hekayələr əsasında qəbul edilib. Eyni zamanda, yeni evlənənlərdən birinin işçi kimi qeyd olunduğu Ukrayna Xarici İşlər Nazirliyi məhkəmə prosesinə etiraz edib.

Ukrayna Konstitusiyasına görə, nikah kişi və qadının könüllü birliyidir. Bundan əlavə, eyni qanun ölkənin Ailə Məcəlləsində də var. Məhkəmənin bu işlə bağlı qərarı əslində konstitusiyaya ziddir.

QAZİLER.AZ