Polşanın kurort şəhəri olan Sopotda bir qrup naməlum şəxs Polşanın Baş naziri Donald Tuskun həyat yoldaşı Malqojataya məxsus şəxsi "Lexus" markalı avtomobili oğurlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Polşanın “TVN24” telekanalı yerli polisə istinadən məlumat yayıb.
“Bizə müraciət daxil olub və Qdansk polis idarəsinin əməkdaşları bu hadisə üzərində işləyirlər”, - nəşr yazır.
Tuskun Sopotda yerləşən və ailəsi ilə birlikdə yaşadığı ev yüksək vəzifəli məmurları və onların ailələrini mühafizə edən Polşa Dövlət Təhlükəsizlik Xidməti tərəfindən qorunur. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
QAZİLER.AZ